“Bilirdim ki, Prezident məni xilas edəcək” - Ruslan Pənahov
    • 5-03-2024, 16:20
    • 252

“Bilirdim ki, Prezident məni xilas edəcək” - Ruslan Pənahov

Səhhətim normaldır, özümü yaxşı hiss edirəm. Vətənə geri qayıtdığıma görə çox xoşbəxtəm.

News24.az Trend-ə istinadən bildirir ki, bunu Ermənistandan Azərbaycana gətirilən əsgər Ruslan Pənahov hava limanında jurnalistlərə açıqlamasında deyib.

O, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: "Bilirdim ki, məni əsirlikdən xilas edəcək".