-
- 5-03-2024, 19:00
- 378
Hədid bacılarının atasından sərt sözlər
Fələstin əsilli dünyaca məşhur top-model bacılar Bella və Gigi Hadid sosial media hesablarında İsrailin Fələstini qırğına səssiz qalmayan adlar arasında olub.
News24.az xəbər verir ki, Qəzza xalqının qətliam başladığı gündən aldıqları təhdidlərə baxmayaraq, onların yanında olan Hadid bacılarının atası da reaksiya verənlər arasında olub.
Bella və Gigi Hadidin Fələstin əsilli iş adamı atası Məhəmməd Hadid ABŞ prezidenti Co Baydenin mühakimə olunmasının lazım olduğunu müdafiə edib. Kaliforniyada dəbdəbəli otel və villaların tikintisinə cavabdeh olan daşınmaz əmlak şirkətinin sahibi Mohamed Hadid ABŞ administrasiyasını tənqid atəşinə tutub.
75 yaşlı Hadid sosial şəbəkədəki paylaşımında deyib: “Bu, Baydenin Fələstin xalqına qarşı apardığı müharibədir”.
"ABŞ İsraili dəstəkləməklə Fələstin xalqına müharibə elan edib. Bu siyasət ABŞ-ın əlinə keçəcək. Bayden Qəzzada törədilən soyqırımda iştirak edib və mühakimə olunmaqdan qaça bilməyəcək. O, digər sionistlərlə birlikdə məhkəmə qarşısına çıxarılacaq” ifadələrindən istifadə edən Hadidin sözləri tez bir zamanda viral oldu.
Günel Məlikzadə