-
- 7-11-2023, 16:54
- 171
Məşhurların İsrail hücumlarına reaksiyası BÖYÜYÜR
İsrailin blokada altında olan Qəzzaya intensiv hücumlarına sənət dünyasının məşhur adları reaksiya verib.
News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.
Türkiyədən və dünyanın hər yerindən bir çox sənətçi sosial media hesablarında Qəzza zolağında mülki vətəndaşların evlərini hədəf alan, qadın və uşaqların da olduğu minlərlə mülki fələstinlinin ölümünə səbəb olan hücumlarla bağlı paylaşımlar edib.
Yusuf İslam, Ancelina Coli, Sami Yusuf, reper Makklemor, fələstinli rejissor Ərəb və Tarzan Nasser qardaşları, fələstinli müğənni Nai Barquti, komediya ustası Bassem Youssef, tunisli müğənni Emel Matluti, dünyaca məşhur model Bella Hadidin atası, dizayn rəssamı Məhəmməd Hadidin atası, misirli müğənni Mohamed Hadid və aktyor Tamer Hosny və misirli aktyor Əhməd Helmi Fələstin xalqına dəstək ifadə ediblər.
Azadlıq mahnıları ilə tanınan livanlı müğənni Culiya Butros baş verənlərlə bağlı bunları deyib: "Fələstində hər gün uşaqlar, qadınlar və valideynlər də daxil olmaqla, yüzlərlə günahsız fələstinli mülki vətəndaşı qətlə yetirirlər və dünya bunun şahididir”.
Ülkər Abdurahmanlı