Restoranlarda iftar menyusu - qiymətlər açıqlandı
    • 7-03-2024, 16:41
    • 498

Restoranlarda iftar menyusu - qiymətlər açıqlandı

11 ayın sultanı Ramazan ayının başlamasına sayılı günlər qalıb. Paytaxtda əksər restoranlar Ramazan ayı ilə bağlı xüsusi hazırlıqlara başlayıb.

News24.az xəbər verir ki, bu barədə Sfera.az-a restoran administratoru Səbuhi Məmmədov məlumat verib.

"Bəzi restoranlar oruc tutanlar üçün iftar menyuları da hazırlayıblar. Qiymətlər isə menyuda yemək çeşidlərinə görə dəyişir. Şəhər restoranlarında iftar menyularının minimum qiyməti 7-10 manatdan başlayır. Restoranlarda bahalı iftar menyularl isə 20 manatdan başlayır. İftar etmək istəyənlər əvvəlcədən rezerv etməlidirlər. Ramazan ayı boyunca qiymətlərdə böyük dəyişikliyin olmayacağı bildirilir".