Bakıda kişi dostu tərəfindən bıçaqlanıb
    • 8-03-2024, 08:49
    • 218

Bakıda kişi dostu tərəfindən bıçaqlanıb


Bakının Sabunçu rayonunda evdə dava zamanı bir nəfər bıçaqlanıb.

News24.az  xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Yelikov Andrey Yuriyeviç yaşadığı evdə dostu ilə əlbəyaxa olub və bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.