Paytaxtda dava zamanı bir nəfər bıçaqlanıb
    • 24-02-2024, 08:05
    • 118

Paytaxtda dava zamanı bir nəfər bıçaqlanıb


Bakının Sabunçu rayonunda dava düşüb.

News24.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Quliyev Xəyal Vəli oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.