Lukako "İnter"ə transfer oluna bilər - VİDEO
    • 22-04-2019, 18:50
    • 1 039

Lukako "İnter"ə transfer oluna bilər - VİDEO

"Manchester United"in əslən bekçikalı olan hücumçusu 25 yaşlı Romelu Lukaku "İnter"in, "Bayern"in və "PSG"nin hədəfinə çevrilib. Hər üç futbol klubunun məqsədi yay transfer pəncərəsində oyunçunu ələ keçirməkdir. News24.az Italiyanın Tuttosport qəzetinə istinadən xəbər verir ki, Lukaku "Manchester United"in gözlədiyi kimi oyun göstərə bilmədi və əsas heyətdən uzaqlaşdırıldı. 

"İnter"in fikri Lukakunu klubu tərk edən Mauro İcardinin əvəzinə gətirməkdir. Argentinalı hücumçu bir neçə aydır həyat yoldaşı və eyni zamanda şəxsi agenti sayılan Vanda Nara ilə birlikdə "İnter"in rəhbərliyinə böyük problemlər yaradıblar. Klub onu kapitan sarğısını əlindən almaqla cəzalandırıb və artıq ona inamını itirib.

"İnter"in digər üç klubundan Lukakuya daha yaxındır, buna səbəb Lukakunun şəxsi agentidir. Hansi ki "İnter"in idarə heyəti ilə yaxından tanışdır və artıq maraqlarını təmsil etdiyi bir oyunçu Antonio Candreva "İnterin" heyətindədir.

Amma buna baxmayaraq Lukakunun transfer qiyməti düşmür. Hazırda onu "Manchester United" 70 milyon avrodan aşağı satmaq fikri yoxdur.
Bunun üçün də "İnter" bir neçə oyunçusunu satmaq məcburiyətindədir.

Lukakunun bu ilki çıxışlarından bəzi fraqmentləri təqdim edirik.