O, kişi kimi sənin arxanda dura biləcək? - Afaq Bəşirqızı
    • 10-03-2024, 18:34
    • 882

O, kişi kimi sənin arxanda dura biləcək? - Afaq Bəşirqızı

Xalq artisti Afaq Bəşirqızı növbəti açıqlaması ilə diqqət çəkib.

Sənətçi qonaq olduğu "Zarafat bir yana" verilişində gənclərin ailə qurması ilə bağlı danışıb:

"Bəzən qızlar deyirlər ki, o oğlanın imkanı yoxdur. Qardaşıma görə gəlib məni istəyir. Hə, nə olsun? Oğlanın imkanı yoxdur. Elə oğullar var ki, bazarda və ya hardasa piştaxtanın arxasında dayanıb hansısa məhsulu satırlar. Amma onun savadı və dünya görünüşü bəlkə də min dəfə alimdən yaxşıdır. İmkanı, varlı adamı, dayısı, əmisi yoxdur... Ailə elə məsələdir ki, məndə bir "stəkan", səndə isə "nəlbəki" var. Gəl onu iç-içə qoyaq. Qəndi isə qoyaq hələlik kağızın içinə. Çayımızı yarı-yarı içək, qəndqabı alana qədər... Bax ailə budur! Yoxsa ki, məndə var, səndə isə yoxdur... Oğlan da cavabında desin ki, sən kim idin, mən səni aldım. Bu artıq ailə deyil. Ona görə də, ailə qurmamışdan əvvəl bütün bunlara fikir verin. Görün ki, o, kişi kimi sənin arxanda dura biləcək? Belə ər, həyat yoldaşı, dost, ata, baba lazımdır".