Güclü daşqın - 3 nəfər öldü, 4 nəfər isə...
    • 11-03-2024, 15:15
    • 194

Güclü daşqın - 3 nəfər öldü, 4 nəfər isə...

Fransanın cənub-şərqində güclü yağışlardan sonra daşqınlar baş verib. 

News24.az xəbər verir ki, daşqınlar nəticəsində 3 nəfər ölüb. 

Bildirilib ki, ölən və itkin düşənlər su basmış körpüləri keçmək istəyən və avtomobillərini su axını aparan sürücülərdir.

Xatırladaq ki, Fransanın cənubunda "Monica" qasırğası ilə əlaqədar güclü yağışlar səbəbindən narıncı həyəcan səviyyəsi elan edilib.