Kişinin cinsi orqanını qopardı - qorxunc hekayənin TƏFƏRRÜATLARI
    • 11-03-2024, 16:13
    • 232

Kişinin cinsi orqanını qopardı - qorxunc hekayənin TƏFƏRRÜATLARI

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Herne şəhərində polisin çaşqınlığına səbəb olan dəhşətli hadisə baş verib. 

News24.az Lent.az-a istinadla bildirir ki, gecə saat 2 radələrində mənzillərdən birindən gələn iniltiləri eşidən qonşular hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Evə gəldikdən sonra polislər dəhşətli mənzərə ilə qarşılaşıblar: mənzilin 66 yaşlı sahibi ağır vəziyyətdə, cinsiyyət orqanından məhrum tapılıb. Həyatı təhlükədə olan kişi ciddi qan itkisi səbəbiylə dərhal xəstəxanaya yerləşdirilib.

Lakin daha da sarsıdıcı fakt mənzildə aşkar zorakılıq əlamətlərinin olmaması idi. Cinayətin nə cinsi orqanı, nə də aləti tapılmayıb. Bu qəribə təfərrüat polisi qeyri-adi bir şübhəli şəxsə - evdə olan təxminən cek rassell teryeri boyda kiçik itə aparıb.

Kişi süni komada qalarkən, hüquq-mühafizə orqanları baş verənlərin bir neçə versiyasını nəzərdən keçirirlər. Bununla birlikdə, itin cinsiyyət orqanlarını dişləyə biləcəyi fərziyyəsi istisna edilmir, baxmayaraq ki, son dərəcə qeyri-adi görünür və bir çox sual doğurur.