Avropanın silah ehtiyatı tükənib
    • 11-03-2024, 16:20
    • 153

Avropanın silah ehtiyatı tükənib

Avropanın silah ehtiyatı tükənib.

News24.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

O, buna səbəb kimi Ukraynadakı müharibəni göstərib.

J.Borrell həmçinin Aİ ölkələrini müdafiə sənayesini inkişaf etdirməyə və müdafiə qabiliyyətini gücləndirmək üçün investisiyalar cəlb etməyə çağırıb.

Aİ rəsmisi Avropanı Ukraynaya adekvat hərbi dəstəyi artırmaq üçün istehsalı artırmağa çağırıb.

Mehriban Mirzəzadə