"Sərhəddə vəziyyət gərginliyə doğru gedir" - RƏY
    • 11-03-2024, 18:00
    • 2 810

"Sərhəddə vəziyyət gərginliyə doğru gedir" - RƏY

“Azərbaycan-Ermənistan şərti sərhədində əməliyyat şəraiti nəzarət altındadır”.

Bunu RTV-yə açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib. 

O həmçinin Fransanın iki fərqli dövlət arasındakı proseslərə müdaxilə cəhdlərini də qəbuledilməz sayır. Ramaldanov xarici qüvvələrin təsiri ilə proseslərin gərginləşəcəyini də istisna etmir:

“Ermənistanda Azərbaycan-Ermənistan arasında atəşkəsin saxlanılmasına mane olan proseslər getdi. Birinci növbədə, missiyanın yerləşdirilməsi və sayının artırılmasından söhbət gedir. Daha sonra Fransadan zirehli texnikanın gətirilməsi, missiyaya yüksək rütbəli şəxslərin gəlməsi, işğalda olan 8 kəndin azad edilməsi ilə bağlı mövqelərin sərtləşməsi, sərhədlərin optik vasitələrlə müşahidəsi beynəlxalq normalara ziddir. Azərbaycanla Ermənistanın sərhədində proseslər gərginliyə doğru gedir. Bunlar hamısı bu proseslərin arxasında hansı qüvvələrin dayanmasından xəbər verir. Biz dəfələrlə bununla bağlı xəbərdarlığımızı etmişik. Hər şey Ermənistanın tutduğu mövqedən asılıdır. Ancaq əgər istər Ermənistanın daxilindən xaricin təsiri altında Azərbaycana qarşı revanş məqsədli hər hansı addım atılarsa, Cənab Prezidentin də dediyi kimi, bunun cavabı ağır olacaq və Azərbaycan cavab tədbirləri görəcəkdir”.

Fərid Azəri