10 hərbçimiz yaralanıb
    • 17-11-2021, 11:22
    • 815

10 hərbçimiz yaralanıb

Ermənistanın noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində Azərbaycan Ordusunun 10 hərbi qulluqçusu yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb. Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Qeyd edək ki, döyüşlər zamanı Azərbaycan Ordusu yeddi şəhid verib.