“Neftçi” – “Qarabağ” görüşünün vaxtı açıqlandı
    • 12-03-2024, 11:32
    • 591

“Neftçi” – “Qarabağ” görüşünün vaxtı açıqlandı

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təqvimi bəlli olub.

News24.az  xəbər verir ki, final öncəsi birinci duellər aprelin 2-3-də keçiriləcək.

Əvvəlcə “Neftçi” ilə “Qarabağ” üz-üzə gələcək. Əzəli rəqiblər aprelin 2-də “Neftçi Arena” qarşılaşacaq. Ertəsi gün “Zirə” kubokun son qalibi “Qəbələ”ni qəbul edəcək.


Azərbaycan Kuboku

Yarımfinal

2 aprel (çərşənbə axşamı)

20:00. “Neftçi” – “Qarabağ”

“Neftçi Arena”


3 aprel (çərşənbə)

19:00. “Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu