"Ukrayna ərazimizə girməyə cəhd etdi"
    • 12-03-2024, 17:48
    • 336

"Ukrayna ərazimizə girməyə cəhd etdi"

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Ukrayna hərbçilərinin Rusiyanın Belqorod və Kursk vilayətlərinə sərhədi keçmək cəhdlərinin qarşısını alıb.

News24.az xəbər verir ki, açıqlamada deyilir: 

“Moskva vaxtı ilə səhər saat 03:00 radələrində mülki hədəflərin intensiv şəkildə bombardman edilməsindən sonra Ukrayna terrorçu birləşmələri tanklar və zirehli döyüş maşınlarının dəstəyi ilə üç istiqamətdən eyni vaxtda Rusiya Federasiyası ərazisini işğal etməyə cəhd göstərib".

Açıqlamada Ukrayna Silahlı Qüvvələrinin bütün hücumlarının Rusiya ordusu tərəfindən dəf edildiyi vurğulanaraq əlavə edilib, “Qoşunların fəal hərəkətləri nəticəsində ciddi itkilər verən Kiyev rejiminin terrorçu birləşmələri dəf edilib. Dövlət sərhədində heç bir pozuntu olmayıb. Ukrayna tərəfdə sərhəd bölgəsində Odnorobovka rayonunda 60-a yaxın, Nehoteyevka rayonunda isə 3 ukraynalı terrorçu məhv edilib".

Bundan əlavə, bəyanatda bildirilir ki, Moskva vaxtı ilə saat 08.00-08.25 arasında Kursk vilayətinin Tetkino qəsəbəsi yaxınlığındakı sərhəd bölgəsinə daxil olmağa cəhd edən Ukrayna təxribat-kəşfiyyat qruplarının 4 hücumu dəf edilib.

Günel Məlikzadə