Ukrayna Rusiya ordusunun son itkilərini açıqladı
    • 29-12-2022, 22:59
    • 321

Ukrayna Rusiya ordusunun son itkilərini açıqladı

“Ukrayna hərbçilərinin Zaporojye vilayətinin Berdyansk yaxınlığındakı düşmən mövqelərinə endirdiyi zərbə nəticəsində onlarla rus əsgəri məhv edilib”.

News24.az-ın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Zaporojye vilayətinin Berdyansk rayonunda atışma zamanı 50-dən çox rus hərbçisi zərərsizləşdirilib.

Bundan əlavə, gün ərzində Ukrayna aviasiyası Rusiya ordusunun mövqelərinə 12 zərbə endirib. Rusiya ordusunun 4 komanda məntəqəsi və 3 toplaşma rayonu vurulub.