Avropa Parlamenti çağırış etdi
    • 13-03-2024, 12:10
    • 203

Avropa Parlamenti çağırış etdi

Avropa Parlamentindəki əksər siyasi qrupların nümayəndələri Rusiya və Belarusdan kənd təsərrüfatı məhsullarına qarşı sanksiyaların lehinə çıxış ediblər. 

News24.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Polyak Anjey Haliçki Avropa Parlamentindəki ən böyük Avropa Xalq Partiyasının qrupu adından Rusiyanın kənd təsərrüfatı məhsullarına təcili embarqonun tətbiqinə çağırıb. 

O bildirib ki, həmkarları Avropa Komissiyasından Aİ Şurasının iclasında təqdim olunacaq qanun layihəsini gözləyirlər.

"Rusiya öz ərzaqlarını Avropaya atır və ondan silah kimi istifadə edir. İndi biz Rusiya və Belarusdan dempinq qiymətləri ilə ərzaq və taxıl idxalının artdığını görürük. Bu, son dərəcə narahatedici tendensiyadır", - deyə o bildirib.

Onların sözlərinə görə, Hollandiyada bu idxal bir il əvvəllə müqayisədə 70%, İspaniya, Almaniya və İtaliyada isə 40% artıb.

Mehriban Mirzəzadə