Azərbaycanda 8-ci sinif şagirdi faciəvi şəkildə öldü
    • 13-03-2024, 15:08
    • 6 901

Azərbaycanda 8-ci sinif şagirdi faciəvi şəkildə öldü

Azərbaycanda şagird intihar edib.

News24.az Bakupost.az –a istinadla bildirir ki, hadisə dünən axşam saatlarında Beyləqan rayonunda qeydə alınıb.

Rayonun Yuxarı Aran tam orta məktəbinin 8-ci sinif şagirdi Əli özünü öldürüb.

Hadisə zamanı o, evdə tək olub.

Hadisənin səbəbi bilinmir, araşdırma aparılır.

Qeyd edək ki, o, bu gün dəfn olunub. Bildirilir ki, Əli əlaçı şagirdlərdən olub, olimpiyadalarda iştirak edib.