Metro bayram günlərində necə işləyəcək? - RƏSMİ
    • 13-03-2024, 22:36
    • 217

Metro bayram günlərində necə işləyəcək? - RƏSMİ

Qarşıdan Novruz bayramı gəlir. Bayram günlərində şəhərimizin müxtəlif yerlərində bayram şənlikləri, tədirlər keçiriləcək. Bəs görəsən bayram günlərində "Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişikliklər olacaqmı?

News24.az xəbər verir ki, mövzu ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Moderator.az-a danışdı. Bildirdi ki, bayram günlərində metropolitenin iş qrafikində müəyyən dəyişikliklər olacaq: 

"Bakı Metropolitenində Novruz bayramı günlərində gecə saatlarına qədər işləmək kimi bir məsələ yoxdur, amma hazırda bu mövzunun üzərində müzakirə gedir. Bayram günlərində paytaxtda kütləvi mədəniyyət tədbirlərin keçiriləcəyini nəzərə alaraq metropolitenin iş rejimində də müəyyən dəyişikliklərin olacağı qaçılmazdır. Hazırda paytaxtda bayram günlərində keçirilən kütləvi tədbirlərin proqramlarını toplayırıq. Yəni dəyişikliklərin olacağı şəhərdəki kütləvi mədəniyyət tədbirləri ilə bağlıdır. Çünki sərnişin axını bizdə ona görə dəyişir".