-
- 14-03-2024, 14:20
- 269
Ələsgər Məmmədlinin apellyasiya şikayətinə baxılacaq
Martın 15-də Bakı Apellyasiya Məhkəməsi “Toplum” TV-yə qarşı cinayət işi üzrə həbs edilənlərin şikayətlərinə baxacaq.
News24.az xəbər verir ki, "Turan"ın məlumatına görə, saat 12:00-da “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədlinin apellyasiyasına baxılacaq; saat 12:15- Demokratik Təşəbbüslər İnstitutunun və III Respublika Platformasının rəhbəri Akif Qurbanov; saat 12:15-də Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal, saat 14:15-də III Respublika Platforması İdarə Heyətinin üzvü Ruslan İzzətlinin işi məhkəməyə çıxarılacaq.
Sözügedən şəxslər martın 6-8-də "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıblar. Onlar 4 ay müddətinə həbs ediliblər.