-
- 23-04-2019, 18:31
- 998
Son 15 ilin aprelində görünməmiş HAVA - SƏBƏBİ - RƏSMİ
Aprel keçid ayı olaraq, havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir. Aprel ayında soyuq və isti hava kütlələrinin bir-birini əvəz etməsi xüsusilə kontrastlı olur.
ETSN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, bu isə onunla izah olunur ki, şimalda, qütb ətrafı rayonlarda 30 dərəcəlik şaxtalar müşahidə olduğu zaman, cənubda temperatur yay göstəricilərinə yaxınlaşır.
Təbii ki, atmosfer sirkulyasiyasının meridional forması şəraitində cənub regionlarının sakinləri üçün qış qayıtmış olur. Aprelin 17-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri-sabit hava şəraiti yaradıb.
Dağ və bəzi dağətəyi rayonlarda yağıntıların qara keçməsi nəticəsində 2-14 sm qalınlığında qar örtüyü yaranıb.
Son 5 gün ərzində yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçmişdir. Xüsusilə Böyük Qafqazın rayonlarını qeyd etmək lazımdır. Zaqatalada yağıntının miqdarı 130 mm olmaqla aylıq normanın 127, Balakən, Şəki, Oğuz, Qubada yağıntının miqdarı 38-94 mm olmaqla aylıq normanın 72-92, Lənkəran-Astara zonasında isə 88-100 mm olmaqla aylıq normanın 140-180 faizini təşkil edib.
Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6,0 dərəcə, Bakıda isə ayın 20-də normadan 6,6 dərəcə aşağı enmişdir.
Bu günlərdə qeyd olunmuş soyuqlar rekord göstərici deyil. Son rekord anomaliya 2004-cü ilin 5 aprel tarixində müşahidə olunmuşdur ki, bu zaman Bakı şəhərinə çoxlu qar yağmışdır. Aprelin 23-də gecə saatları bəzi rayonlarda intensiv yağıntıların olma ehtimalı saxlanılır.
Bununla əlaqədar dağ çaylarında qısamüddətli su basmaları mümkündür. 3-cü dekadanın 2-ci yarısında cənub küləklərinin daxil olması fonunda temperaturun artması ilə hava şəraitinin daha stabil olması gözlənilir.