"Tarqovı"ya avtomobil ilə girişə qadağa qoyulacaq - ÖZƏL
    • 14-03-2024, 18:30
    • 192

"Tarqovı"ya avtomobil ilə girişə qadağa qoyulacaq - ÖZƏL

Martın 17-dən həftəsonları Bakıda Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

RTV bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin girişinə məhdudiyyət tətbiq olunacaq və bu ərazilər piyadaların istifadəsinə veriləcək.

Daha ətraflı videomaterialda: