DYP AYNA ilə birlikdə avtobusların hərəkətini tənzimləyir - VİDEO
    • 27-10-2023, 16:35
    • 117

DYP AYNA ilə birlikdə avtobusların hərəkətini tənzimləyir - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları birgə Zərifə Əliyeva küçəsində avtobusların hərəkətini tənzimləyir.

Bu barədə News24.az AYNA-ya istinadən xəbər verir.

Məlumata görə, adıçəkilən küçədə dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi. Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir və sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar. Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur. Çoxsaylı müraciətlər nəzərə alınaraq Zərifə Əliyeva küçəsində avtobuslar nəzarətə götürülüb.