![SON DƏQİQƏ!! Şirindil Alışanlı vəfat etdi - FOTO](/uploads/posts/2024-03/1710435217_download.webp)
-
- 14-03-2024, 20:54
- 495
SON DƏQİQƏ!! Şirindil Alışanlı vəfat etdi - FOTO
Professor Şirindil Alışanlı vəfat edib
Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.
Bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib.
Mərhumla vida mərasimi sabah saat 10.00-da Təzəpir məscidində keçiriləcək.
Şirindil Alışanov 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb.
1993-1998-ci illərdə "Elm" qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə "Elm" Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən "Sabah" nəşriyyatının direktoru kimi çalışıb.
Bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvüdür. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub.
Allah rəhmət eləsin!
![](/uploads/posts/2024-03/471a59ae-f6d7-3de3-934e-88e0f74eb838_850.webp)