-
- 15-03-2024, 09:12
- 642
Yaşar Nurinin qızı əməliyyat olundu - FOTO
Mərhum Xalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər Yaşar plastik əməliyyat etdirib.
News24.az bizim.media-ya istinadən bildirir ki, sənətçi yerli, özəl klinikaların birində burnundan (rinoplastika) əməliyyat olunub.
Bu haqda Ülkər sosial şəbəkə hesabında məlumat yayıb. Əməliyyatdan əvvəl və sonrakı görüntülərini isə ifaçı lentə alaraq, izləyiciləri ilə bölüşüb. O, paylaşdığı kadrlarda cərrah-həkimi ilə söhbətində "burnumu əməliyyat etdirdikdən sonra gedəcəyəm ərə" sözlərini dilə gətirib.
Beləcə Ü.Yaşar onu kompleksə salan böyük burnunu əməliyyatla daha da incəldib və ölçüsünü kiçildib.