SON DƏQİQƏ! Orxan Babayevi cərəyan vurdu
    • 17-03-2024, 15:28
    • 26 059

SON DƏQİQƏ! Orxan Babayevi cərəyan vurdu


Salyanda balıq ovlayan şəxsi elektrik cərəyanı vurub.

News24.az xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisindən keçən, el arasında “Ana zığlıq” adlanan kollektorda qeydə alınıb.

İlkin məlumata görə, kollektorda balıq tutmaq istəyən Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Babayev Orxan Baba oğlu tilovunu suya atmaq istəyərkən kollektorun üzərindən keçən elektrik məftilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub.

Kənd sakinləri tərəfindən O.Babayevə ilkin yardımı göstərilib. Sonra Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)