"Cənubi Qafqaz regionunda sülh çox vacibdir"
    • 17-03-2024, 20:53
    • 249

"Cənubi Qafqaz regionunda sülh çox vacibdir"


Cənubi Qafqaz regionunda sülh çox vacibdir və indi Azərbaycanın onu bərqərar etmək imkanı var.

News24.az "Report"a istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

"Azərbaycanın sülhü bərqərar etmək imkanı var", - o deyib.

Alyansın Baş katibi həmçinin Ukraynaya davamlı dəstəyinə görə Azərbaycana təşəkkür edib.