-
- 17-03-2024, 22:23
- 1 075
“COP-29 dönüş nöqtəsi olacaq”
" Beləliklə, COP-29 dönüş nöqtəsi olacaq. Bu il Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyindən narahat olan hər kəs üçün vacibdir və bu, təhlükəsizlik məsələlərinə də aiddir".
News24.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Hazırda iqlim dəyişikliyi ilə bağlı problemlər bütün dünyada müşahidə oluna bilər", - deyə o, bu tədbirin keçirilməsinin vacibliyini vurğulayıb.
Stoltenberqin sözlərinə görə, Azərbaycan alternativ enerjinin - külək və günəşin inkişafına fəal şəkildə sərmayə qoyur ki, bu da enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir./publika