İsrail Rəfahda əməliyyata başlayacaq
    • 17-03-2024, 23:20
    • 267

İsrail Rəfahda əməliyyata başlayacaq


İsrail mülki əhalinin ərazidən çıxarılmasını təmin etdikdən sonra bir neçə həftə ərzində Qəzza zolağının cənubundakı Rəfahda əməliyyat keçirəcək.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu İsrail Nazirlər Kabinetinin həftəlik iclasını açan Baş nazir Binyamin Netanyahu deyib.

"Rəfahda əməliyyat keçirəcəyik. Bu, bir neçə həftə çəkəcək və bu baş verəcək", - Netanyahu bildirib. “Hərbi təzyiq (Fələstin radikal hərəkatı) HƏMAS-ın qalan batalyonlarını məhv etməyin və bütün girovları azad etməyin yeganə yoludur”, - onun Dəftərxanası Baş nazirin bəyanatlarını yayıb.

"Biz Rəfahda əməliyyat planlarını, o cümlədən mülki əhalinin döyüş bölgəsindən təxliyəsi üzrə addımları təsdiqləmişik", - Nazirlər Kabinetinin rəhbəri davam edib. "Bu, hərbi əməliyyat ərəfəsində zəruri mərhələdir", - Netanyahu əlavə edib.

Bundan əvvəl Netanyahunun Dəftərxanası qeyd edib ki, İsrail ordusu əməliyyat tədbirləri görməyə və Rəfahda yerli əhalinin təxliyəsinə başlamağa hazırdır.