Putini ilk o təbrik etdi
    • 17-03-2024, 23:56
    • 563

Putini ilk o təbrik etdi


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, Vahid Rusiya Partiyasının rəhbəri Dmitri Medvedyev Vladimir Putini prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə o Teleqram kanalında yazıb.

“Vladimir Putini Rusiya prezident seçkilərində parlaq qələbəsi münasibətilə təbrik edirəm”, - deyə Medvedyev bildirib.

Qeyd edək ki, seçki bülletenlərinin 30,08%-nin sayılmasından sonra V.Putin 87,68 faiz səslə liderdir.