Almaniya prezidenti Putini təbrik etməyəcək - Bu səbəbdən
    • 18-03-2024, 14:22
    • 123

Almaniya prezidenti Putini təbrik etməyəcək - Bu səbəbdən

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Vladimir Putini təbrik etməyəcək.

News24.az xəbər verir ki, bu barədə Almaniya prezidentinin mətbuat katibi Kerstin Qamelin "Tagesspiegel"ə müsahibəsində bildirib. 

Prezidentin nümayəndəsi bildirib ki, buna səbəb Almaniyanın Rusiyada seçkilərin azad və ədalətli keçirilmədiyini hesab etməsidir. 

Xatırladaq ki, ilkin məlumatlara görə, Vladimir Putin prezident seçkilərində 87,34 faiz səs toplayaraq liderdir.