Rumıniyada NATO-nun ən böyük hərbi bazası tikilir
    • 18-03-2024, 17:45
    • 104

Rumıniyada NATO-nun ən böyük hərbi bazası tikilir

Rumıniyada 10 min əsgər üçün nəzərdə tutulmuş Avropadakı ən böyük NATO bazasının tikintisinə başlanılıb. 

News24.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumata görə, hərbi obyektin tikintisi 2,5 milyard dəyərində qiymətləndirilib.

Qeyd edək ki, sahəsi 2,8 min hektar olan baza Qara dənizdəki Rumıniya limanından çox da uzaq olmayan Konstansa rayonunda yerləşir. Obyektin infrastrukturu Şimali Atlantika Alyansının mövcud bazası "Mihail Kogalniceanu" ətrafında qurulur.

Bildirilir ki, onun ərazisində uçuş-enmə zolaqları, təyyarələr üçün anqarlar, silah platformaları və mülki infrastruktur: məktəblər, uşaq bağçaları, xəstəxanalar və mağazalar yerləşəcək.

Mehriban Mirzəzadə