NATO 1,2 milyard dollarlıq müqavilə imzaladı
    • 23-01-2024, 13:23
    • 104

NATO 1,2 milyard dollarlıq müqavilə imzaladı

Şimali Atlantika Alyansı 155 mm-lik artilleriya sursatının alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb. 

News24.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Biz indicə 1,2 milyard dollar dəyərində 155 mm-lik artilleriya döyüş sursatının alınmasına dair müqavilə bağladıq. Bu, NATO-ya müttəfiqlərini qorumaqla yanaşı, Ukraynaya yardımı davam etdirməyə imkan verəcək”,-  deyə Stoltenberq bildirib.

Qeyd edək ki, alyansa üzv ölkələr 24-36 ay ərzində imzalanmış müqaviləyə əsasən sursat alacaqlar. 

Mehriban Mirzəzadə