DJ David Guetta üçüncü dəfə ata oldu
    • 18-03-2024, 18:45
    • 99

DJ David Guetta üçüncü dəfə ata oldu

Məşhur fransalı DJ  David Guetta üçüncü dəfə ata olub.

News24.az xəbər verir ki, o bu barədə sosial şəbəkələrdəki səhifəsində paylaşım edib.

56 yaşlı DJ və sevgilisi, 32 yaşlı kubalı model Jessica Ledonun ilk övladları dünyaya gəlib.

Onlar şad xəbəri İnstagram sosial şəbəkəsində paylaşıb və yeni doğulan körpənin üzünü göstərdikləri post yayımlayıblar.

Qeyd edək ki, Guettanın keçmiş həyat yoldaşı, 56 yaşlı Keti Lobdan da iki övladı var: 16 yaşlı qızı Engi və 10 yaşlı oğlu Tim Elvis. 

Mehriban Mirzəzadə