-
- 19-03-2024, 14:53
- 266
Nikol arvadının qohumuna vəzifə verir
Ermənistan Baş naziri Nikol Paşinyan Şirak vilayətinə səfər etmək niyyətindədir və qubernator Muşeq Muradyanı istefaya göndərməyi planlaşdırır.
News24.az axar.az-a istinadən bildirir ki, bu barədə "Joxovurd" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Paşinyan bu vəzifəyə Vaaqan Mkrtçyanı - arvadının yaxın qohumunu təyin etmək niyyətindədir.
Qeyd edək ki, Muşeq Muradyan bu vəzifəyə 2023-cü ilin yanvarında təyin edilmişdi. Erməni mətbuatı yazır ki, Muradyan dəfələrlə Ermənistan hökumətini sərt tənqid edib.