Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərir
    • 18-11-2020, 10:18
    • 784

Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərir

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət üzvlərinin 80 faizini istefaya göndərmək niyyətindədir.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Qeyd olunub ki, ölkənin əmək və sosial məsələlər üzrə naziri Zarui Btoyan, təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutyunyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçatryan, müdafiə naziri David Tonoyan, həmçinin onun müavinin adı istefaya göndəriləcək hökumət üzvlərinin siyahısındadır.

Nikol Paşinyan həmin məmurların döyüşlər zamanı vəzifələrinin öhdəsindən gələ bilmədiklərini və ona görə də istefaya getməli olduqlarını hesab edir.