-
- 19-03-2024, 15:50
- 316
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
Əməkdar artisti Lalə Məmmədova tək məlahətli səsi ilə deyil, həm də maraqlı obrazları ilə izləyicilərini tez-tez sevindirir.
News24.az Publika.az-a istinadən xəbər verir ki, son illərdə stilində ciddi dəyişiklik edən ulduz instaqramda yeni fotolarını paylaşıb.
Qara şlyapa və bej plaşda kamera qarşısına keçən sənətçi sübut edib ki, istənilən dəb eksperimentlərinə açıqdır. O, bu obrazını dəri əlcəklərlə tamamlayıb.
"Kefinizi pozmaq istəməzdim amma mənim həyatımda hər şey qaydasındadı", - Lalə Məmmədova paylaşdığı kadrlara yazıb.
Qeyd edək ki, müğənninin obrazları üzərində əsasən stilist Elnur Həsənov çalışır.