-
- 20-03-2024, 16:02
- 461
Aynişanın adından şok təkliflər yayılır
İnfluenser Aynişan Quliyevanın adından saxta məlumatlar yayılıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bloger bu barədə instaqramdfa paylaşım edib.
İzləyicilərindən biri ona “Aynişan xanım, sizin müsahibənizi oxumuşam. Dedikləriniz həqiqətən düzdür? Mənim kimi adi insanlar da o tətbiqə qoşulub qazana bilər mi?”, - deyə müraciəti edib.
Aynişan bu mesaja “Adımla yalan məlumatlar yayılır. İnsanları aldadırlar. Bezdim mən” cavabını verib. O, paylaşımına @polisazerbaycan hesabını etiketləyərək buna bir çarə tapılmasını xahiş edib.