-
- 24-04-2019, 17:53
- 857
“Nəsimi İli”nə həsr olunmuş çempionat keçiriləcək
Mayın 25-də Azərbaycanın bir sıra şəhər və rayonlarında “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı keçiriləcək.
Təhsil Nazirliyindən News24.az-a verilən məlumata görə, çempionatın keçirilməsində əsas məqsəd gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etmək, onların inkişaf etdirilməsinə şərait yaratmaqdan ibarətdir.
Çempionat Bakı, Gəncə, Şəmkir, Mingəçevir, Şirvan, İmişli, Masallı, Sumqayıt, Quba, Zaqatala, Göyçay şəhərlərində baş tutacaq.
Məktəb çempionatı ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçiriləcək.