Tovuzun sərhəd kəndləri işıqsız qalıb - 5 GÜNDÜR
    • 24-04-2019, 21:33
    • 1 954

Tovuzun sərhəd kəndləri işıqsız qalıb - 5 GÜNDÜR

Tovuzun Ermənistanla sərhəd kəndlərində 5 gündür işıq yoxdur.

Bu barədə rayondakı mənbələrimizdən məlumat almışıq.

News24.az-a daxil olan məlumata görə, sərhəddə yerləşən Muncuqlu, Qoşa, Şıxheybət kəndləri işıqsız qalıb. Bundan başqa sərhədə yaxın Böyük Qışlaq, Hacilar, Çataq, Kazımlı, Çeşməli, Sofular, Seyidlər, Pələkli, ümumuyyətlə ona yaxın kəndə 5 gündür elektrik verilmir.
Elektrikin verilməməsinə səbəb Şıxheybət və Sofular kəndində elektrik dirəklərinin qırılıb aşmasıdır.
Məlumata görə, 5 gündür Azərişıqın rayon şöbəsinə məlumat verilsə də, heç bir tədbir görən yoxdur.