Çayda batdığı ehtimal edilən qadının MEYİTİ TAPILDI
    • 25-04-2019, 10:34
    • 923

Çayda batdığı ehtimal edilən qadının MEYİTİ TAPILDI

Salyan rayonunun Seyidsadıqlı kəndində, Akkuşa çayında batdığı ehtimal edilən 1984-cü il təvəllüdlü Dadaşova Aysel Vaqif qızının axtarışları başa çatıb.

FHN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, A.Dadaşovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.