Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb
    • 14-03-2019, 12:30
    • 1 023

Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb

Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb. Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışlarının aparılması üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata görə, dənizdə (Sumqayıt şəhəri) batdığı ehtimal olunan 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlunun axtarışları başa çatıb. S.Vəlişovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.