Moskvada dəhşətli atışma: ölü və yaralılar var - YENİLƏNİB
    • 22-03-2024, 22:32
    • 276

Moskvada dəhşətli atışma: ölü və yaralılar var - YENİLƏNİB

***

Xüsusi təyinatlıların birinci dəstəsi hücuma keçib. Binada ikinci partlayış da qeydə alınıb.


***

"Crocus City Hall"da atışma nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Silahlı insidentlə bağlı operativ qərargah yaradılıb.

Qumbara və yanan maddə atıldığından güclü yanğın başlayıb.

***

Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti holl” kompleksində atışma baş verib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, atışma nəticəsində 12 nəfər ölüb və 35 nəfər yaralanıb.

Atışma “Piknik” qrupunun konsertindən əvvəl başlayıb.