Moskvada baş verənlər dəhşətlidir – Ağ Ev
    • 22-03-2024, 22:39
    • 146

Moskvada baş verənlər dəhşətlidir – Ağ Ev


ABŞ Moskvadakı atışmadan xəbərdardır.

News24.az xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

“Hadisə yerindən kadrlar dəhşətlidir”, - qeyd olunub.

Qeyd edək ki, bu gün axşam saatlarında Moskvanın mərkəzindəki "Krokus Siti Holl" kompleksində atışma baş verib. Son məlumata görə, atışma nəticəsində 40 nəfər ölüb, 100-dən çox şəxs yaralanıb.