Martda 40 dərəcə şaxta XƏBƏRDARLIĞI
    • 22-03-2024, 22:54
    • 230

Martda 40 dərəcə şaxta XƏBƏRDARLIĞI

 

Taymir və Yakutiyanın şimalında mənfi 40 dərəcəyə qədər şiddətli şaxta gözlənilir. 

News24.az Lent.az-a istinadla bildirir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand  proqnoz verib.

Onun sözlərinə görə, mart ayı üçün belə vəziyyət olduqca nadirdir. Taymirdə termometr mənfi 39 dərəcəyə enəcək, havanın temperaturu normadan 7-15 dərəcə aşağı olacaq.

Turuxanski rayonunun cənubunda və Evenkiyada martın 27-dək havanın temperaturu mənfi 33-40 dərəcə (normadan 11-17 dərəcə aşağı) olacaq. Yakutiyanın şimalında mənfi 35-40 dərəcə çaxta gözlənilir ki, bu da normadan 7-9 dərəcə aşağıdır.