-
- 23-03-2024, 09:50
- 222
Aİ-dən Moskvadakı terror aktına reaksiya
Avropa Birliyi Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktına reaksiya verib və mülki şəxslərə qarşı edilən bütün hücumları pislədiyini bəyan edib.
News24.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Peter Stano X hesabında etdiyi şərhdə, Aİ-nin hücum xəbərindən "şok və dəhşətə gəldiyini" bildirib.
Stano, "Aİ mülki şəxslərə qarşı edilən hər hücumu qınayır. Fikrimiz Rusiyadakı hücumdan təsirlənən bütün vətəndaşların yanındadır" dedi.
Qeyd edək ki, paytaxt Moskvada konsert zalında törədilən terror aktı nəticəsində ilkin məlumata görə, 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb.
Günel Məlikzadə