Quterreş Moskvadakı terror aktını qınadı
    • 23-03-2024, 09:37
    • 256

Quterreş Moskvadakı terror aktını qınadı

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını kəskin şəkildə qınayıb.

News24.az xəbər verir ki, hücumla bağlı BMT sözçüsündən yazılı açıqlama verilib.

Terror aktında 40 nəfərin öldüyü, 100-dən çox adamın yaralandığı bildirilən açıqlamada Quterreşin yaxınlarını itirən ailələrə və Rusiya hökumətinə başsağlığı verdiyi bildirilib.

Açıqlamada Quterreş Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktını şiddətlə qınayıb, yaralananların tezliklə sağalmasını arzulayıb.

Günel Məlikzadə