“Krokus" üzrə İstintaq Komitəsinin bəyanatı: ölənlərin sayı 93 nəfərə çatdı
    • 23-03-2024, 12:33
    • 85

“Krokus" üzrə İstintaq Komitəsinin bəyanatı: ölənlərin sayı 93 nəfərə çatdı

Crocus üzrə İstintaq Komitəsi bəyanat yayımlayıb.

News24.az xəbər verir ki, bəyanatda bunlar deyilib:

▪️Crocus City Hall konsert zalında törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

▪️Rusiya İstintaq Komitəsinin müstəntiqləri, kriminalistləri və ekspertlərindən ibarət istintaq qrupu cinayət işinin təhqiqatının müfəssəl planına uyğun olaraq hadisə yerində işi davam etdirir.

▪️Fövqəladə hallar xidmətinin əməkdaşları dağıntıları təmizləyərkən, müşahidə kameralarından çəkilmiş yazılar öyrənilərkən, zərərçəkənlərlə işlərə başlanıldığı üçün konsert zalının ərazisinə baxış və maddi sübutların götürülməsi davam edir.

▪️Hazırda ölənlərin sayının 93 nəfər olduğu müəyyən edilib. Ölənlərin sayı daha da artacaq. İlkin məlumatlara görə, ölümə səbəb güllə yaraları və yanma məhsullarından zəhərlənmə olub.

▪️Konsert zalının ərazisinə baxışın ilkin nəticələri göstərir ki, terrorçular hücum zamanı avtomat silahdan istifadə ediblər və bu silahlar onların qoyub getdikləri döyüş sursatları ilə yanaşı BHK-nın müstəntiqləri tərəfindən aşkar edilərək götürülüb.

▪️Hazırda həmin maddi sübutlar əsasında ballistik, genetik və barmaq izi müayinələri aparılır.

▪️Həmçinin müəyyən edilib ki, terrorçular konsert zalının tamaşaçıların, o cümlədən yaralıların olduğu ərazini yandırmaq üçün tezalışan mayedən istifadə ediblər.

Günel Məlikzadə