Balakən sakininin evində 36 ədəd çətənə kolu AŞKAR EDİLİB
    • 25-04-2019, 12:41
    • 832

Balakən sakininin evində 36 ədəd çətənə kolu AŞKAR EDİLİB

Balakən Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçirilib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, qadının  evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 36 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.