-
- 15-08-2019, 20:54
- 1 343
Salyan sakininin həyətindən çətənə kolları və marixuana tapıldı
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar olunması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az -a bildiriblər ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini A.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu və 475 qram marixuana aşkar edilərək götürülüb.
Rayon sakini E.Əliyevə məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 10-na yaxın çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.